Nazarbayev Qazax Xalqına Müraciət Etdi - Baku TV

Nazarbayev Qazax Xalqına Müraciət Etdi - Baku TV Elbası hər kəsi Qazaxıstan Prezidentinin ətrafında sıx birləşməyə çağırıb. Bunu Nursultan Nazarbayevin mətbuat katibi söyləyib. “Elbası hazırda Nur-Sultandadır. Xahiş edirəm, yalan və spekulyativ məlumatlar yaymayın. Elbası bir sıra məşvərətçi görüşlər keçirir və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birbaşa təmasdadır”, - deyə Aydos Ukibay vurğulayıb. Bütün bu hadisələr fonunda Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb. Bu barədə Qazaxıstan mediası məlumat yayıb. Bildirilir ki, yanvarın 6-sı onun barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanılıb. Elə həmin gün o, saxlanılaraq istintaq təcridxanasına yerləşdirilib. ********************* Baku TV 2018-ci ilin fevral ayında xəbər kanalı kimi fəaliyyətə başlayıb. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ********************* Pulsuz Elanlar:
Back to Top