Ölməz xalq sənətkarı. Şuşa 1982-ci il. Molla Pənah Vaqifin məqbərəsinin açılışı
Molla Pənah Vaqif (ilk adı: Pənah Mehdi ağa oğlu; 1717, Salahlı, Qarabağ bəylərbəyliyi, Səfəvilər – 1797, Şuşa) — XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri və Qarabağ türklərinin (azərbaycanlıların) mənəvi rəhbəri.
Vaqif təxminən 1717-ci ildə Qazax mahalının Yuxarı Salahlı kəndində doğulmuşdur. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında “Molla“ titulu verilmiş və o, “Molla Pənah“ ad ünvanı ilə tanınmışdır. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəmişdir. Onun dərs aldığı müəllimlərdən dövrünün tanınmış alimlərindən olan Şəfi Əfəndinin adı məlumdur. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olmuşdur.
Vaqifin bədii irsi tam şəkildə indiki dövrə gəlib çatmamışdır, lakin əldə olunanlar şairin əsərlərinin mövzusu, ideya-məzmunu, bədii xüsusiyyətləri və s. barədə fikir söyləməyə imkan verir. Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir.
1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Car-Balakənə üz tutur. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy yiyələnir. Məhəmməd bəy Vaqifi oğlu Əli bəylə birlikdə edam etdirir. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Molla Pənah Vaqif 1797-ci ildə vəfat edir.
Vaqif Azərbaycan şairi Səməd Vurğunun sevimli şairi idi. Səməd Vurğun yazırdı ki, “Erkən uşaqlıqdan mən Vaqifin işindən çox təsirləndim. Onun gözəl şeirləri, aydın və peşəkar tərzi mənim işimə böyük təsir göstərdi. Vaqifin güclü şeir cazibəsi ilə təsirləndim, ilk şeirlərimi yazdım.“ Vaqifin həyatı Vurğunun “Vaqif“ dramında öz əksini tapmışdır. Vurğunun “Şairin ölümü“ əsəri də Vaqifə həsr olunmuşdur.
25 views
770
270
6 months ago 00:16:28 1
S.Cəlaloğlu bu deputatla bağlı OD PÜSKÜRDÜ: “Ə, sən kimsən başından böyük danışırsan?!“
6 months ago 00:01:29 25
Ölməz xalq sənətkarı. Şuşa 1982-ci il. Molla Pənah Vaqifin məqbərəsinin açılışı
6 months ago 00:12:20 1
Habil Aliyev - Bayatı Şiraz
12 months ago 00:06:09 1
Xalq artisti Zümrüd Məmmədova - Olmaz Olmaz
1 year ago 00:04:26 138
Xalq kreditlərdə əzilir, məmurlar KEYF, Qazilər İNTİH*R edir: 80 manatla qazi dolana bilərmi?
1 year ago 00:15:46 1
Akademik Vasim Məmmədəliyev - Seyid Əzim Şirvanidən Qəsidə izahla
1 year ago 00:09:17 1
Tutun İnsana Nələr Etdiyini 90% İnsan Bilmir
2 years ago 00:02:03 1
Xəstə Qasım.“ Olmaz“. Səsləndirdi xalq artisti Həsən Ağasoy.
2 years ago 00:42:54 2
Niyaməddin Musayev — Yığma Şən Mahnılar (Popurri)
2 years ago 02:14:30 1
UNUN QİYMƏTİ KƏSKİN QALXACAQ. ƏLİYEVLƏR NİYƏ SÜMSÜNÜR? İLHAMDAN HEÇ EŞŞƏK OTARANDA OLMAZ. UKRAYNA...
3 years ago 00:01:05 5
Erməni deputat Qarabağla bağlı nə tələb etdi ? - BAKU TV
3 years ago 00:00:00 1
ŞOK! İLHAM ƏLİYEV MEHRİBANLA LUKAŞENKONU BİRLƏŞDİRDİ. AŞİQLƏR ÖLMƏZ.
3 years ago 00:00:00 1
POXLU QARNINA VƏTƏNİNİ SATAN YALTAXLAR. NAMUSU OLMAYANIN VƏTƏNİDƏ OLMAZ, MİLLƏTİDƏ.
3 years ago 00:03:00 66
Şuşada Bayatı-Şiraz (Kənan Bayramlı)
4 years ago 00:05:38 1
HİCAMA (hacamat) kimlərə olar, kimlərə olmaz?
5 years ago 00:33:45 1
Haqqını itirmiş MİLLİ ət, QARABAĞI və QARADAĞI işğaı edilmiş XALQ