Qarabağ ermənilərilə görüşən Azərbaycan rəsmisi: “Bizimlə çox səmimi idilər“

Bazar ertəsi günü Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarət bölgəsindəki Sərsəng su anbarına baş çəkib obiyektin erməni istismarçıları ilə görüşüb. Görüşdə iştirak edən Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Adil Qafarlı BBC News Azərbaycancaya səfərin məqsədi və nəticələri haqqında danışıb. Adil Qafarlı deyib ki, bu səfər heç də onların qrumundan Sərsəng su anbarına ilk səfər olmayıb və əvvəlkindən fərqli olaraq bu dəfə daha səmimi, məhsuldar görüş keçib.
Back to Top