Psixonevroloji mərkəzdə qeyri-adi şəlalə - Baku TV

Psixonevroloji mərkəzdə qeyri-adi şəlalə - Baku TV Son zamanlar görüntüləri sosial mediada yayılandan sonra Azərbaycanla yanaşı, digər ölkələrdən olan insanların da marağına səbəb olan 1 saylı psixonevroloji sosial xidmətlər mərkəzinin həyətində yerləşdirilən kompozisiya bizim də diqqətimizi cəlb etdi. Məlum oldu ki, əsərin eskizi illər öncə Lənkəranda yaşayan Vaqif İbadov adlı şəxs tərəfindən verilib. Lakin memar yataq xəstəsi olduğundan onunla müsahibə mümkün olmadı. Bu kompozisiyanın ərsəyə gəlməsində əziyyəti keçən usta isə təəssüratlarını bizimlə bölüşdü. O bildirdi ki, ərsəyə gətirdiyi əsərin bu qədər marağa səbəb olacağını təxmin etmirdi. 1 saylı psixonevroloji sosial xidmətlər mərkəzinin direktoru Adət İbrahimov bildirdi ki, Rusiyadan və digər ölkələrdən gələn turistlər psixonevroloji müəssisənin həyətində yerləşən və şəlalə kimi istifadəyə verilən bu kompozisiyanın fonunda şəkil çəkdirmək üçün onlara müraciət edirlər. Müəssisənin sakinləri də heykəlin ətrafında oturaraq mənəvi rahatlıq tapırlar
Back to Top