Paşinyan türk olduğunu “ etiraf etdi “ - BAKU TV

Paşinyan türk olduğunu “ etiraf etdi “ - BAKU TV Aktual xəbərlərimiz Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə ölkəsində rezonans doğuran hadisənin mərkəzinə düşüb. Belə ki, erməni lider məkanlardan birinin çıxışında jurnalistlərin suallarına tuş gəlib. N. Paşinyan jurnalistlərdən birinin “özünüzü türk hesab edirsinizmi” sualına “hə” cavabını verib. Həmin anın videosu sosial şəbəkələrdə sürətlə yayılıb. Paşinyanın müxalifətyönlü jurnalistə verdiyi cavabı sosial şəbəkənin erməni seqmentində qəzəb dalğasına səbəb olub. Xatırladaq ki, Ermənistanda aprelin 25-dən etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyaları təşkil edilir. Mütəmadi olaraq paytaxt yollarını bağlayan aksiya iştirakçıları “Türksüz Ermənistan, Nikolsuz Ermənistan“ kimi şüarlar səsləndirirlər. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər. Səbəb Baş nazirin Qarabağla bağlı yürütdüyü siyasətdir. Sosial şəbəkələrimiz ©2021 - 2022 © All Rights Reserved ℗ Baku TV Paşinyan türk olduğunu “ etiraf etdi “ #bakutv #pasinyan #etirafetdi #pasinyanturk #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top