İran Türkiyədəki seçkilərin nəticələrini gözləyir?
Son zamanlar özünü dost siyahısından çıxaran İranla münasibətlərdə bu həftə nisbi sakitlik hökm sürdü. Ara-sıra SEPAH-a məxsus teleqram kanallarında yayılan videoları çıxsaq, rəsmi və ciddi səviyyədə təhdid və təzyiqlərin şahidi olmadıq. Ötən həftə Azərbaycanın İranın 4 diplomatını ölkədən qovmasından sonra iki ölkənin xarici işlər nazirləri arasında telefon danışıqları olmuş, tərəflər anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqları davam etdirməyin vacibliyini vurğulamışdı. Danışıqlar bu həftə də davam etdirildi. İranın səmimiyyətinə inanmaq olarmı? Çətin sualdır. Məlumdur ki, bundan əvvəl də həm xarici işlər nazirləri, həm də digər səviyyələrdə tərəflər arasında təmaslar baş tutmuşdu. Amma Azərbaycanın İrandakı səfirliyində terror aktı, SEPAH generallarının təhdidləri, sərhədimiz yaxımlığında təyyarə uçurmaq, millət vəkilinə qarşı sui-qəsd, Azərbaycanda sabitliyi pozmaq istəyən İran casuslarının tutulması həmin vaxt olan danışıqlardan sonra baş vermişdi. Daha bir məsələ odur ki, İranda qərarlar verilərkən Xarici İşlər Nazirliyinin yox, ali rəhbərin və SEPAH-ın mövqeyi əsas götürülür. Belə olan halda da analitiklər münasibətlərin tam normallaşacağını proqnozlaşdırmağa tələsmirlər. Xameneyinin müşaviri Əli Əkbər Vilayəti ölkəsinin Azərbaycanla müharibə etmək fikrində olmadığını desə də. Hər halda Azərbaycanı təhdid edənlər hələ ki susublar. Bu susqunluq nə qədər davam edəcək və ya ümumiyyətlə davam edəcəkmi? Bəs Azərbaycanla İran arasında mövcud layihələrin icrası necə olacaq? Məsələ bundadır ki, Zəngəzur dəhlizinə qarşı çıxan İran Azərbaycanla birgə həyata keçirməli olduğu Şimal-Cənub dəhlizinin reallaşmasını da ləngidir. Bundan sonra necə olacaq? Detalları Nərmin Nurəddinqızı danışır.
#itv #ictimaitv #video #televiziya #baku #videolar #sondeqiqe #sondəqiqə #sondakika #haber #haberler #video #gündem #news
6 views
10
1
2 years ago 00:53:37 3
Türkiyədəki prezident seçkilərin nəticələri regionda hansı hadisələrə təkan verə bilər - (#290)
2 years ago 00:06:30 6
İran Türkiyədəki seçkilərin nəticələrini gözləyir?
2 years ago 00:06:05 3
Prezident Ərdoğan Türkiyədəki xilasedicilərlə görüşdü
2 years ago 00:02:57 8
İran kəşfiyyatının Türkiyədəki məğlubiyyəti - BAKU TV