Ağdamlı xanəndələr Türkiyəli bloqerin diqqətini necə çəkdi?

Ağdamın Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi Habil Məmmədov və balaca xanəndələri. Ağdamı heç vaxt görməyən bu balacalar öz istedadlarını Ağdamdan kənarda, məskunlaşdıqları Bakının Müşfiqabad qəsəbəsində üzə çıxara biliblər. Onların səsinin Bakıdan Ağdama qədər ucalması isə təbii ki, ən çox Habil müəllimin zəhmətinin nəticəsidir. İndi bu balacaların səsi sərhədləri də aşıb. Sosial şəbəkələrdə populyarlaşan Habil müəllim və şagirdlərinin sorağı qardaş Türkiyəyə də çatıb.**#azərbaycan #bakı #ağdam #musiqi
Back to Top