Terrordan zərər görən mənzillərin təmir və bərpa işləri davam edir - Baku TV

Terrordan zərər görən mənzillərin təmir və bərpa işləri davam edir - Baku TV Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən ballistik raketlərlə hədəfə alınan Gəncə şəhərində dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Ölkə başçısının sərəncamı ilə yaradılan Xüsusi Komissiyanın rəyi nəticəsində ölkənin ikinci böyük şəhərində vətəndaşlara dəyən ziyanın hesablanması ilə bağlı aparılan araşdırmanın böyük bir qismi yekunlaşıb. İndi dağılan evlər yenidən tikilir, bərpaya ehtiyacı olanlar isə təmir olunur. Vaxtilə ballistik raketlərin düşdüyü ərazilər indi tikinti meydanına çevilib. Tikintinin gedişinə, materialların keyfiyyətinə sakinlərin özləri də nəzarət edir. Rəsmi rəqəmlərə görə, 44 günlük Vətən müharibəsi zamanı 3085 zərər dəymiş tikili qeydə alınıb. Hazırda 23 dağılan fərdi yaşayış evinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında tikinti işləri gedir. Təxminən 800 tikilinin təmir və bərpası isə tam yekunlaşıb. Məlumat üçün bildirək ki, Vətən m
Back to Top