Müxalifətçilər sərhədə göndərilir - BAKU TV

Müxalifətçilər sərhədə göndərilir - BAKU TV Aktual xəbərlərimiz Ermənistanda gənclərin beynini yuyan müxalifətin təcrid olunması tendensiyası baş verir. Belə ki, hakimiyyət Baş nazir Nikol Paşinyanın siyasətinə qarşı çıxan gənc müxalifətçiləri necə susdurmağın yolunu tapıb. Son vaxtlar müxalifətin mitinqlərində iştirak edənlər 3 aylıq təlim-məşq toplanışları üçün hərbi komissarlıqdan çağırış alırlar. “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan hesab edir ki, bununla hakimiyyət müxalifəti cəzalandırır, onlara təzyiq edir və təcrid etməyə çalışır. “Hakimiyyət dəhşətli addımlar atır, onları cəzalandırmaq üçün gənc oğlanları cəbhə bölgəsinə göndərir”, - deyə o bildirib. Qeyd edək ki, Manukyanın hətta həbsdə olan oğlu Taron da çağırışçılar siyahısındadır. Etirazlara görə dəfələrlə saxlanılan “Daşnaksütyun” partiyasının nümayəndəsi Taron Qazaryan da, belə demək mümkünsə, cəzalandırılanlar arasındadır. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Müxalifətçilər sərhədə göndərilir #bakutv #dasnaklaraceza #ermenistan #serhedxidmeti #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top