İnternet kəsilib, məktəblər kazarmaya çevrilib – İranda nələr olur? - APA TV

#APATV #İran #internet #məktəb #kazarma #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi İnternet kəsilib, məktəblər kazarmaya çevrilib – İranda nələr olur? İrandakı kütləvi etirazlarda ölənlərin sayları açıqlanıb. APA TV xəbər verir ki, İran İnsan Haqları Təşkilatının məlumatına görə, hadisələr zamanı 76 nəfər öldürülüb. Bəzi xarici KİV-lərdə isə bnu rəqəmin 200-dən çox olduğu bildirilir. Hesabata görə, Mazandaran əyaləti 25, Qərbi Azərbaycan, Gilan və Kürdüstan əyalətləri hər birində 10 nəfər itki olmaqla siyahıda ilk yerləri tuturlar, həbslərlə bağlı dəqiq məlumatlar olmasa da, təşkilatdan verilən xəbərə görə, 20-si jurnalist olmaqla, minlərlə aksiya iştirakçısı həbs edilib. Xarici KİV-lərdə isə 10 mindən çox insanın həbs olunduğu Iddia olunub. İran televiziyası sentyabrın 24-də 41 nəfərin öldüyü barədə məlumat yaymışdı. Təşkilatdan o da bildirilib ki, son iki gündə internetə qoyulan məhdudiyyətlər səbəbindən məlumatlar gec yayılır və ölü sayının rəsmi rəqəmlərdən qat-qat çoxdur. O da qeyd olunub ki, aksiyalarda iştirakçılar silahlardan açılan atəşlər nəticəsində öldürülüblər. Sosial şəbəkələrdə sabahdan etibarən neft sənayesi işçilərinin də etiraz aksiyalarına başlayacağı barədə məlumatlar paylaşılır. Bununla bağlı Neft Sənayesi İşçilərinin Etirazlarını Koordinasiya Şurası da bəyanat yayıb. Aksiya keçirilən şəhərlərdə ali məktəb tələbələri də kütləvi şəkildə etirazlara qoşulurlar. Sentyabrın 25-də aksiyalara qoşulan Tehran Universitetinin tələbələrinin şüarları “Həbsdə olan tələbə azad edilməlidir, döyüşəcəyik, öləcəyik, İranı geri alacağıq” olub. Təbriz, Əhvaz, İsfahan, Həmədan və bir neçə başqa şəhərdə tələbələrlə yanaşı, müəllimlər də aksiyalara qoşulurlar. Tələbələrin aksiyalara qoşulması ilə bağlı İran Təhsil İşçiləri Həmkarlar İttifaqlarının Koordinasiya Şurası bəyanatında bildirilib ki, xalq etirazlarının kütləvi şəkildə yatırılması, bəzi məktəblərin kazarmaya çevrilməsi və nümayişlərə qatılan tələbələrin həbsinə etiraz edirlər. İranın eks-pertizenti Əhməd Nejat da yerli mətbuata hakimiyyətin əleyhinə açıqlama verib. O bildirib ki, qadınların örtünməsinə nəzarət və aksiyalara qarşı hökumətin mövqeyi insanların alçaldılması deməkdir. “İnsanlar aksiyalara çılpaq gəlmirlər. Türkiyədə, Pakistanda, İraqda hicab pulsuz paylanılır. Orada insanlar çılpaq gəzmirlər ki. İnsanların geyimini nəzarət etmək onları təhqir etməkdir”. Daha sonra o hökumətə səslənərək bildirib ki, geyimə nəzarət etməkdənsə, ölkədəki korrupsiyanın ləğv edilməsi istiqamətində konkret işlər görsünlər. ✅ Rəsmi saytımız: ✅ Rəsmi facebook səhifəmiz: ✅ Rəsmi instagram səhifəmiz: ✅ Rəsmi twitter səhifəmiz: ✅ Rəsmi teleqram səhifəmiz: ✅ Rəsmi youtube kanalımız: Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@
Back to Top