Bu gün ləğv olunan dövlət qurumlarının, agetliklərin, nazirliklərin bir çoxu elə son 15 ildə yaradılmışdı. Bu bir daha sübut edir ki, ölkənin idarəedilməsində “vizion”, 3-5-10 illik stategiya yoxdur – sadəcə günlük və konyuktur problemlərin elə günlük də həll edilməsi yanaşması var. Biz aydın bilmirik ki, məsələn, 2025-ci ildə ölkəmizdə nələr baş verəcək, 2030-cu ildə harda və necə olacağıq – atılan addımların da məntiqi öncədən düşünülməmiş qərarların ancaq işin gedişatında yararsız olduğunu görüb hərəkətə