“Cəfər Cabbarlı-Xətai“ mənzilindəki yeni tunel yolunda ilk dəfə dəmir-beton bloklar qurulur

Bakı metropoliteninin uzun illərdir istismar olunan tunel yollarında ilk dəfə dəmir-beton blokların quraşdırılmasına başlanılıb. Hələ avqust ayında “Cəfər Cabbarlı“ stansiyasının əsaslı təmiri və yenidənqurma işlərinin tərkib hissəsi kimi “Xətai“ stansiyası istiqamətindəki tunelin 481 m hissəsində ağac şpalların sökülməsi başa çatıb. Onu da qeyd etmək yerinə düşər ki, ağac şpallar ölkə xaricindən gətirildiyi halda, dəmir-beton bloklar metropolitenin özünün istehsalat sahəsində ən müasir texnologiyalar əsasında qurulmuş sexdə hazırlanır və bu səbəbdən əsaslı maliyyə qənaətinə və iqtisadi səmərəyə nail olunur. #İTV #İTVXəbər #ictimaitv #video #televiziya #baku #videolar #itv
Back to Top