Milli Qəhrəman Polad Həşimovun heykəli hazırlanır - Baku TV

Milli Qəhrəman Polad Həşimovun heykəli hazırlanır - Baku TV Ölümü ilə dastan yazan Milli Qəhrəman, general-mayor Polad Həşimovun xatirəsi gənc heykəltəraş tərəfindən əbədiləşdirilir. Bu əsəri hazırlayan Rəssamlıq Akademiyasının sonuncu kurs tələbələsi Təbriz Soltanlıdır. O, daha əvvəl də Milli Qəhrəmanın büstünü ərsəyə gətirib. Polad Həşimovla yanaşı, 44 günlük Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın da heykəlinin maketi hazırlanır. Mərdlik simvoluna çevirilən şəhid xanımın heykəlini gənc heykəltəraş Müstəqil Balayev ərsəyə gətirib. Gənc heykəltəraşlar igid döyüşçülərə həsr olunan əsərlərinin paytaxtın görkəmli yerlərindən birinə qoyulmasını arzu edirlər. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir. Facebookda səhifəmiz: ht
Back to Top