Ermənistanın keçmiş prezidentinin etirafları - Baku TV
Ermənistanın keçmiş prezidentinin etirafları - Baku TV
Qarabağ probleminin həlli Ermənistandan asılı deyil.
Bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyasının efirindən səsləndirib.
Ermənistanın birinci prezidentinin fikrincə, qonşuluqda daimi nifrət Ermənistanın özünün mövcudluğunu şübhə altına ala bilər. Xeyirxah qonşuluq münasibətləri və vəziyyətin tənzimlənməsi üçün razılıq lazımdır.
Levon Ter-Petrosyan Ermənistanın ikinci prezidenti Robert Koçaryanın Şuşa və Hadrutu geri qaytarmaqla bağlı səsləndirdiyi fikirləri təhlükəli adlandırıb:
“Bu, problemlərə gətirə bilər. Hazırda orada Azərbaycan hərbçiləri var. Bunu yalnız müharibə ilə etmək olar. Deməli, Koçaryan yeni müharibə vəd edir. Azərbaycanı kim məcbur edəcək ki, getsin? Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi sayır. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, heç kəs onu qınamadı. Dünyanın qanunu belədir. Bizi məcbur edirlər ki, Dağlıq Qarabağın Azərbaycanın olması ilə razılaşaq”.
Ermənistanın keçmiş prezidenti deyib ki, bizdən artıq heç nə asılı deyil, hər şey bitib.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend
1 view
37
10
4 months ago 00:01:08 1
Moskva-İrəvan münasibətləri getdikcə pisləşir | Nikolu qəzəbləndirən məsələ
6 months ago 00:03:00 1
Paşinyanın paylaşdığı görüntülər hansı istiqamətdən çəkilib? -Ekspertlər danışdı
7 months ago 00:02:36 1
Paşinyan Kremli niyə əsəbiləşdirdi? | Rusiya XİN-dən açıqlama