Ramiz Quliyev
1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Ü.Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964-69-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. Ağdam musiqi məktəbi illərində “Şur“ xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda, 1961-ci ildə Moskvada keçirilən “Xalq təsərrüfatı nailiyyətləri sərgisində“ iştirak edib, medal və fəxri fərmanlarla təltif olunub. Rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Ə.Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub. 1963-64-cü illərdə Ağdam 1 saylı, 1965-74-cü illərdə Bakı 1 və 20 saylı musiqi məkləblərində, 1974-92-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992-2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. 1974-cü ildə musiqiçilərin Zaqafqaziya festivalında birinci mükafata, Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində isə laureat adına layiq görülüb. Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiitərə, İsrail, Norveç və s. öikələrdə konsertlər verib. 1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalında xüsusi diploma layiq görülüb. 1989-cu iidə “Böyük İpək yolu“ festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərlərində konsertlər verib. 1964-94-cü illərdə adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olub. 1978-ci ildə Respublika Lenin komsomolu mükafatı laureatı, 1982-ci ildə Əməkdar artist, 1988-ci ildə Xalq artisti olub. 1994-cü ildə Türkiyənin İzmir şəhərinin Ege Universıtetində, 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində “ustad dərsləri“ verib. 1981 və 1984-cü illərdə XVIII və XIX çağırış Nəsimi rayon Xalq Deputatları Sovetinə seçilib. 1993-cü ildə “Humay“ Milli mükafatına, 2001-ci ildə “Simurq milii mükafat fondu“nun təsis etdiyi “XXI əsrin ilk laureatları - ali dərəcəli mükafatı - “ilin fədakar sənətçisi“ fəxri adına layiq görülüb.
1 view
1093
323
6 months ago 00:06:20 14
Mohsen Namjoo - Buddha
12 months ago 01:50:04 1
Arşın mal alan (2012)
1 year ago 01:54:03 1
Əli Əmirli - “Bala başa bəla“ - Tamaşa | (Musiqi: Eldar Mansurov) | 1995
1 year ago 00:05:30 1
Ramiz Quliyev Yandım Elə Yandım 85 ci illər
1 year ago 00:04:09 1
Ramiz Quliyev - Ləpələr
2 years ago 00:03:51 1
Röya - Səni İnsan Sandım (4K Official Video)
2 years ago 00:03:51 1
Koroğlu uvertürası ( Ü.Hacıbəyli) Göyçay UMM Rövşən Zamanov
2 years ago 00:04:57 4
Ey Nuri rəqsi ( bəstə Teyyub Dəmirov) tarzən Rövşən Zamanov
3 years ago 01:02:25 10
Bakı küçələrində Avto Tur (27 Aprel 2022) Baki Kuceleri - Driving tour, Baku, Azerbaijan - Баку 4k
3 years ago 00:08:21 3
Ramiz Quliyev & Oğlu Əyyub Quliyev
3 years ago 00:03:44 1
Almaxanım - Dünyadan uzak (live)
3 years ago 00:06:12 2
Ramiz Quliyev - Yandım elə yandım
4 years ago 00:04:17 1
Ramiz Quliyev- Ustad dərsləri ( Göyçay uşaq musiqi məktəbi )
4 years ago 00:05:36 3
Qəmbər Hüseynli - İlk məhəbbət (Solo, tar ifaçısı: Ramiz Quliyev) #qənbər #qanbar #qenber #qember