Bakıda möhtəşəm “Avant Park“ yaşayış kompleksinin inşaasına start verildi

Paytaxt Bakının Yasamal rayon ərazisində “Avant Park” yaşayış kompleksinin inşaat işlərinə start verildi. “Avant Park” gənc ailələrə və yeni mənzil almaq istəyən şəxslərə müxtəlif üstünlüklər və uyğun qiymətlə böyük avantajlar təklif edir. Yeddi binadan ibarət “Avant Park” yaşayış kompleksi yeni şəhərsalma normaları və müasir tikinti, memarlıq standartlarına riayət olunaraq inşa edilir. Bakının digər yerlərindəki mövcud məskunlaşmalardan fərqli olaraq, kompleks sakinlərin daha rahat şəraitdə yaşaması üçün aşağı sıxlıq əmsalına uyğun layihələndirilib. Şəhərimizin ən hündür ərazilərindən birində, Şərifzadə 241 ünvanında yerləşən “Avant Park”ın təqdim etdiyi işıqlı və günəşli mənzillər sakinlərin həyat keyfiyyətini daha da artıracaq. Hər bir detalına qədər incəliklə işlənmiş zərif memarlıq üslubundakı binalar özünəməxsus ab-hava bəxş edəcək. Dörd hektar ərazini əhatə edən kompleksin cəmi 1 hektarı yaşayış binaları, ictimai iaşə və digər yardımçı tikililərin inşası üçün nəzərdə tutulub. Qalan 3 hektarlıq sah
Back to Top