Bakıda Zəfər Paradının keçirilməsindən 1 il ötür | Baku TV

Bakıda Zəfər Paradının keçirilməsindən 1 il ötür | Baku TV Pulsuz Elanlar: Twitter: Facebook: Instagram: Tiktok: ************ Bu gün Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr edilmiş Zəfər Paradının keçirilməsindən 1 il ötür. Paradda Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak ediblər. Paradda 3 min nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olub. Paradda həmçinin Vətən müharibəsi zamanı ordumuzun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib. Parada Türkiyə hərbçiləri də qatılıb. *
Back to Top