Türkiyənin “F-16“ qırıcıları Azərbaycanda - BAKU TV

Türkiyənin “F-16“ qırıcıları Azərbaycanda - BAKU TV Aktual xəbərlərimiz Azərbaycan-Türkiyə birgə təlimlərinə Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” qırıcıları cəlb edilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin feysbuk səhifəsində məlumat verilib. Xatırladaq ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz Türkiyənin “F-16“ qırıcıları Azərbaycanda © 2022 © All Rights Reserved ℗ Baku TV #turkiye #azerbaycan #herbitelim #qardasyumrugu #f16
Back to Top