“Ayrılıqların təkrarı” romanı - Aqşin Evrən və Xəzər Süleymanlı

Mücrü Nəşriyyatında nəşr olunan “Ayrılıqların təkrarı” romanı Aqşin Evrən və Xəzər Süleymanlı tərəfindən qələmə alınmışdır. Nitsşenin “əbədi təkrar” ideyasının konturları əsasında yazılan “Ayrılıqların təkrarı” romanında eyniliyin müxtəlif çalarları əks olunub. Əsərdə iki əsrlik sirrin izinə düşən tarixçi özünü tamam fərqli bir dünyada tapır. Bundan sonra onun həyatında qəribə hadisələr yaşanır. Bu qəribəliklərin mərkəzində isə sevdiyi qadın və onun çəkdiyi rəsmlər var. Onların sevgisi çətin və bir o qədər də ağlagəlməz sınaqlar qarşısındadır.
Back to Top