Mövqelərimiz 12 dəfə atəşə tutulub - BAKU TV

Mövqelərimiz 12 dəfə atəşə tutulub - BAKU TV Qarabağdakı antiterror əməliyyatı ilə bağlı ən son görüntü və xəbərləri teleqram kanalımızda izləyin: Aktual xəbərlərimiz Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 9 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Bütün hallarda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV #bakutv #12dəfəatesetutulub #movqelerimiz #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top