İrəvanda səfərdə olan Tahir Mirkişili İTV xəbərə danışdı

AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi, siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında iki sənəd müzakirə olunacaq. Bunu İTV xəbərə açıqlamasında AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. T. Mirkişili deyib ki, birinci sənəd “Avropa Green Deal (Yaşıl razılaşma) və təmiz enerjiyə keçid kontekstində Şərq Tərəfdaşlığı ölkələrinin enerji təhlükəsizliyi çağırışları” olacaq. Sənədin müəllifi Gürcüstan Parlamentinin üzvü Maia Bitadzedir. Qeyd edək ki, iclasa sədrliyi AVRONEST-in Enerji Təhlükəsizliyi komitəsinin sədri T. Mirkişili edəcək. T. Mirkişili nəzərə çatdırıb ki, ikinci sənəd, “İctimai institutlarda səmərəlilik və inzibati resursları artırmaq üçün siyasi dialoq və institutsional əməkdaşlıq əsasında idarəetmənin təkmilləşdirilməsi” mövzusunda olacaq. Sənədin müəllifi Ermənistan Parlamentinin üzvü Mariya Karapetyandır: “İclasda eyni zamanda cari geosiy
Back to Top