Türk PUA-larının sirləri Rusiyaya satıldı - Baku TV
Türk PUA-larının sirləri Rusiyaya satıldı - Baku TV
Türkiyədən satın alınan pilotsuz uçuş aparatlarının (PUA) Ukraynada yerləşdirildiyi bazanın komandirinin bu texnologiyanın sirlərini ruslara satdığı iddia edilir. Casusluq etdiyi deyilən polkovnikin cinayət başında yaxalandığı açıqlanıb.
Ukrayna Milli Kəşfiyyat Xidmətinin üzə çıxardığı olayda hərbi baza komandirinin Rusiyaya casusluq etdiyi müəyyən olunub. Belə ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin 10-cu Dəniz Aviasiya Briqadasının komandiri, polkovnik İlya Oleynkinin Rusiya tərəfinə casusluq etdiyi və əsas fəaliyyətini türk PUA-larının texnologiyasının öyrənilməsinə yönəltdiyi üzə çıxıb.
Gizli fəaliyyəti ifşa edilən ukraynalı polkovnik dərhal saxlanılıb. Bundan sonra məlum olub ki, o, Rusiya Ordusu və Donbasdakı separatçılarla intensiv təmaslarda olub. Oleynikinin dindirilməsinin davam etdiyi, onun “Bayraktar TB2” dronları ilə bağlı kritik məlumatlar əldə edə bilmədiyi deyilir. Bununla belə, onun Ukrayna Hərbi Dəniz Qüvvələrinin bir çox əməliyyat planları
16 views
4
3
3 years ago 00:01:10 16
Türk PUA-larının sirləri Rusiyaya satıldı - Baku TV