Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin birgə mətbuat konfransı keçirilib

Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin birgə mətbuat konfransı keçirilib Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın Heydər Əliyev Mərkəzində birgə mətbuat konfransı keçirilib. Konfransda media nümayəndələrinin sualları cavablandırıldıqdan sonra hər iki qardaş ölkənin müdafiə nazirləri bəyanatla çıxış ediblər. Müdafiə naziri general-polkovnik Z.Həsənov Vətən müharibəsində Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırılıb. Nazir Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib. Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.
Back to Top