Sentyabr döyüşləri ilə bağlı həbslər başladı - BAKU TV
Sentyabr döyüşləri ilə bağlı həbslər başladı - BAKU TV
Sosial şəbəkələrimiz
2022-ci ilin sentyabr ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi əməliyyatlarla bağlı cinayət işi üzrə 6 erməni hərbçi həbs edilib.
Bunu Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin nəzarət şöbəsinin rəisi Perç Ayvazyan deyib.
O bildirib ki, istintaqa cəlb olunan 11 erməni əsgərindən 6-sı barədə cinayət işləri üzrə istintaq yekunlaşıb və ittiham aktı ilə məhkəməyə göndərilib. Qalan 5 hərbçi üzrə ibtidai istintaq davam edir.
Məlumata görə, ümumilikdə 600-ə yaxın hərbçi dindirilib. Ayvazyanın sözlərinə görə, ittihamlar əsasən döyüş zamanı xidməti vəzifələrini yerinə yetirməmək, xidmət yerinə vaxtında gəlməmək və hərbi xidmət qaydalarının pozulması ilə bağlıdır.
Sentyabr döyüşləri ilə bağlı həbslər başladı
© 2022 © All Rights Reserved ℗ Baku TV