Seyyid Taleh - Hara Gedirsən Ay Baba / Qoyun Qılım Namazımı (Qədimi mərsiyyələr/2021)

Seyyid Taleh Boradigahinin yeni mərsiyyəsi “Hara Gedirsən Ay Baba“ “Qoyun Qılım Namazımı “ YouTube’da yayımda. Bütün musiqi platformalarından dinləyə bilərsiniz ⤵️ Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ Hara gedirsən ay baba Hara gedirsən ay baba, Dalınca ağlıyan gəlir Başında yarə var dayan, Yaranı bağlıyan gəlir Dedi qızım niyə məni, Belə qaçıb qabaqladın Müsafirəm gözəl balam, Məni yol üstə saxladın Vəfasız aşiqəm əgər, Sənin qəmindən yanmasam Gəlincə qətligahidən, Yol üstə mən dayanmasam Hara gedirsən ay baba, Dalınca ağlıyan gəlir Qoyun qılım namazımı, Sonra kəsin boğazımı Qonağızam vəfalıyam, Yaralıyam-yaralıyam Su yoxdu dəstəmaz alam, Üz üstə səcdədə qalam Ölüb əzan deyən balam, Cigər yanır əzalıyam Bəla çölün duman tutub, Bu gülşəni xəzan tutub İki gözümü qan tutub, Görürsüz ibtilalıyam Məni qoşun nədən vurar, Ərazili zəman vurar Gələn vurar,gedən vurar, Solan gülün misalıyam Çıxıb kamani kinədən, Dəyibdi ox bu sinədən Əl üzmüşəm Mədinədən, Həmişə Kərbəlalıyam Mən aşiqi şəhadətəm, Əmiri-mülkü-vəhdətəm Fədayi-rahi-izzətəm, Bir aşiqin cəlalıyam Köməklərim batıb qana, Düşüb hərəsi bir yana Sızıldaram yana-yana, Ki ney kimi nəvalıyam Gəlib qan ağlıyan bacım, O sinə dağlayan bacım Gözümü bağlayan bacım, Deyir başı bəlalıyam Facebook 👇 instagram 👇 Tiktok 👇 Twitter 👇 Telegram 👇 (tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri. Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar. #SeyyidTalehBoradigahi #HaragedirsenAyBaba #QoyunQilinNamazimi Kanaldakı Videolar “WediaCorp Azərbaycan“ Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: “WediaCorp Azərbaycan“ Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
Back to Top