Laçın şəhəri və Zabux kəndi boşaldılır

Laçın şəhəri və Zabux sakinləri köçməyə hazırlaşırlar. Ermənistan mediası yazıb ki, separatçı “Dağlıq Qarabağın ərazi və infrastruktur naziri” Hayk Xanumyan onlara evlərini tərk etmək üçün avqustun 25-dək vaxt verildiyini deyib. Ermənistan mediasına görə, sakinlər deyiblər ki, Laçın dəhlizi avqustun 25-də Azərbaycana təhvil veriləcəyi üçün bu ərazilər boşaldılır. Azərbaycan bəyan edib ki, “Laçın dəhlizinə alternativ” yeni yolda işlər yekunlaşmaq üzrədir və tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin həmin yola keçirilməsi nəzərdə tutulur. Ermənistan iyulun 29-da həmin yolun öz ərazisinə düşən hissəsinin - Teğ-Kornidzor yolunun yenidən qurulması üzrə işlərə avqust ayında başlayacağını bildirib. BBC News Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın: Facebook: Twitter: Instagram: WhatsApp-da “BBC“ yaz göndər, xəbərlər telefonuna gəlsin: 44 7548 711235 Youtube səhifəmizdə olan digər videoları da izləyin. Azərbaycan da bu gün Qarabağ münaqişəsi Dünyada bugün Bölgələrdən Qadınlar, sizin üçün 1 dəqiqəlik videolar Müsahibələr – Sizin səsiniz Azərbaycanlılar Britaniyada Niyə, nə üçün - izahedici videolar Gənclər sizin üçün Sosial problemlər Dünya xəbərləri bülleteni Mənim Şəhərim Birinci Dünya Müharibəsi: Səngərlərdən Kənarda Sizin Sözlərinizlə Britaniyada tələbə olan azərbaycanlılar
Back to Top