BAKU TV erməni hərbçi ilə üzbəüz - BAKU TV

BAKU TV erməni hərbçi ilə üzbəüz - BAKU TV Baku TV-nin çəkiliş qrupu və hərbi müxbiri Fərdin İsazadə Azərbaycan-Ermənistan şərti sərhəddində növbəti çəkilişlər zamanı qarşı tərəfin hərbçiləri ilə üz-üzə gəlib. Belə ki, həmkarımız Oxçuçay sahilində reportajının növbəti hissəsini lentə aldıqdan birqədər sonra ərazidə peydə olan erməni zinvorları əllərində olan smartfonlarla Baku TV-nin heyyətinin foto və video çəkilişlərini həyata keçirib. “Ərazidə çəkiliş apardığımız zaman Ermənistan silahlı qüvvələrinin hərbçiləri də məntəqəyə gəldilər. Görünür bizim burada nə işlə məşğul olduğumuz onlara çox maraqlıdır. Dayanıb oradan bizi müşahidə edirlər, telefonlarına görüntülər götürürlər. Təbii ki, sərhədçilərimiz ayıq-sayıqdırlar. Dərhal bu hal başverdikdə mühafizəni lazımi qaydada həyata keçirdirlər. Maraqlı mənzərə yaranır. Sərhədlərini öz qüvvəsi ilə qoruya bilməyən erməni əsgəri, şərti sərhəddə əlinə smartfon alıb operatorluq edir. Görünür döyüş meydanında bir işə yaramayan erməni əsgəri Azərbaycanlıları özlərinə kumir kimi görür, bizlərə pərəstişkarlıq fanatlıq edir. Və ya, konkret olaraq Azərbaycan jurnalistinə qarşı şərti sərhəd xətdində konkurent qismində çıxış etmək xülyasına düşüblər”. Fərdin İsazadə güman edir ki, qarşı tərəfin hərbiçiləri tərəfində qeydə alınan görüntülər Ermənistan xüsusi xidmət orqanlarına təqdim ediləcək. Eyni zamanda, onun sözlərinə görə, bu hal hərbi jurnalistimizdə heç bir narahatçılıq hissi oyatmır. Çünki, Azərbaycanın aidiyyəti qurumları opertavi və taktiki vəziyyəti nəzarət altında saxlayır. Həmkarlarımızın bu və Azərbaycan-Ermənistan şərti ssrhəddinin bir qismində hazırladığı materiala bu yaxınlarda Qarabağ Xronikası verilişinin növbəti buraxılışında baxa bilərsiz. _______________________________________________________________________________________________ Aktual xəbərlərimiz Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV BAKU TV erməni hərbçi ilə üzbəüz #bakutv #ermeniherbci #ermeniesgeri #ermeniileuzbeuz #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər новости baku tv live baku tv xeberler BAKU TV erməni hərbçi ilə üzbəüz - BAKU TV baku tv canlı gunun xeberleri
Back to Top