Əməliyyat kənd sakini Əbülfəz Bünyatovun evində baş verib. Bünyatovun xanımı jurnalistlərə deyib ki, onlar Məhərrəmliyin 40 mərasiminə hazırlıq görürmüşlər. Noyabrın 26-da ehsan verilməli imiş. Bu məqsədlə Hacı Tale Bağırzadə də qonaq kimi dəvət edilib. Lakin namaz vaxtı qəflətən Çevik Polis Alayının əməkdaşları və maskalılar evə basqın ediblər: “Heç bilmirəm hadisə necə oldu. Qəflətən evə hücum etdilər. Səs bombasından, güllədən istifadə etdilər”.
Hadisə yerində olan kənd qadınları deyir ki, əməliyyatçıla