Tomris – Necəsən Bu Gün (Rəsmi Musiqi Videosu)
Tomrisin “Necəsən Bu Gün“ mahnısı artıq onlayndır.
Tomrisə YouTube-da abunə ol:
Rəqəmsal platformalarda dinlə:
Söz və musiqi: Vüqar Babayev
Aranjiman: Elçin Elşad
Səsyazma: Mood Records
Miksinq və masterinq: RƏSSAM (Elvin Həsənov)
Video: emiljaar və truemukhtar
Prodüser: Sabir Nəsibli
Makiyaj: Səkinə Mustafayeva
Prodakşn: Adrenalin Brothers Azerbaijan
Xüsusi təşəkkürlər: Fərid Əhməd
Elszad
“Uçurumlar“ı izləmək üçün:
YouTube:
Platformalar:
“Uzaqdan“ı izləmək üçün:
YouTube:
Platformalar:
Tomrisi sosial şəbəkələrdə izlə:
Facebook:
Instagram:
Genius:
Tomrisi rəqəmsal platformalarda dinlə:
Keçid:
Sözlər:
[Bənd 1]
Günlər oldu, heç evimdən çıxmadım
Zənglər çaldı, heç birini açmadım
O sevdiyim film vardı, baxmadım
Qəmliyəm, necə qəmliyəm bu gün!
Daha sənin şəklinə də baxmadım
Sildim atdım, yalnız birin saxladım
Gözlərimi ovucumla bağladım
Ağladım, necə ağladım!
[Nəqərat]
Soruşdunmu, necəsən bu gün? Necə keçir gün?
Heç oldumu ürəyin dola, amma dil susa?
Unutdunmu?, elə bir anda gələm ağlına
Heç olmurmu yada düşənlər qala yanında?
Soruşdunmu, necəsən bu gün? Necə keçir gün?
Heç oldumu ürəyin dola, amma dil susa?
Unutdunmu?, elə bir anda gələm ağlına
Heç olmurmu yada düşənlər qala yanında?
[Bənd 2]
Günəş doğdu, pərdələri bağladım
Güllər soldu, heç birini atmadım
Ən üstdəki tozlu rəfdə saxladım
Ağladım, yenə ağladım bu gün
Səssiz getdin, görüşünə çatmadım
Qəhər boğdu, həmin gecə yatmadım
Çox axtardım, heç özümü tapmadım
Yoruldum, daha yoruldum!
[Nəqərat]
Soruşdunmu, necəsən bu gün? Necə keçir gün?
Heç oldumu ürəyin dola, amma dil susa?
Unutdunmu?, elə bir anda gələm ağlına
Heç olmurmu yada düşənlər qala yanında?
Soruşdunmu, necəsən bu gün? Necə keçir gün?
Heç oldumu ürəyin dola, amma dil susa?
Unutdunmu?, elə bir anda gələm ağlına
Heç olmurmu mənə bənzəyən çıxa qarşına?
Tomris tərəfindən ifa olunan “Necəsən Bu Gün“ parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları “mikpro“ MMC tərəfindən qorunur. © 2023
Etiketlər:
#Tomris #NecəsənBuGün #mikpro