8 mart | Şeyx Qamət Süleyman

Bu günlərdə İslamdan və müsəlmanların adətindən olmayan “bayram“ - xristianların bayramı gəlir. Allah bizim üçün ən xeyirli iki bayram seçib. Ondan başqa bayramları istəmək və razı olmaq düzgün deyil. Çünki bu bizim İslam əxlaqından deyil və İslam ümmətinin həyatına tətbiq etdiyi Qurani-Kərimdən və Sünnədən çox uzaq bir yoldur. Qadının dəyəri və haqları 14 əsr bundan öncə verilmişdir. Bu gün Qərbin dünyaya sanki o günə qədər qadın haqları yox imiş kimi təqdim etdiyi bu “bayramlar”, əslində dinimizə qarşı da hörmətsiz yanaşmadır. Qərb isə “qadın hüquqları” adlanan məfhumdan hələ 19-cu əsrdə yəhudi Clara Zetkinin yürüşü ilə xəbər tutmuşdur. Qadına qarşı ən çox şiddətin olduğu yerlər, bu gün də, qərb ölkələridir. Hər saniyə qadına qarşı nə qədər cinayətin işlənməsi haqqında statistikalara özünüz internetdən axtarış verib baxa bilərsiz. Təbii ki, gecə-gündüz “qadın azadlığı”ndan danışan qərb ölkələri ilk sıralardadır. Allaha həqiqi mənada inanan (iman edən) və İslamı tam olaraq özünə həyat düsturu kimi qəbul edən (müsəlman) qadın üçün 8 martın heç bir önəmi yoxdur. #ŞeyxQamətSüleyman #DavranışMədəniyyəti #Xurafat
Back to Top