14 yaşlı Cəlilabad sakini itkin düşüb

Cəlilabad rayon sakini 2009 - cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyev dünən məktəbdən sonra təqribən saat 12 radələrində yaşadığı Cəlilabad rayonundan çıxıb. Cəlilabad rayonunda maşınla Lənkəran rayonunun “Ləvəngi“ dairəsi ərazisinə gəlib. Sonra onu Lənkəran parkında görüblər. Özünə dönər, su alıb. Evdən çıxarkən əynində ağ köynək və əlində əl çantası olub. DİN - nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, həmin azyaşlının 30 may tarixində saat 18 radələrində yaşadığı evdən çıxaraq bir daha qayıtmaması ilə bağlı Cəlilabad RPŞ-yə müraciət daxil olub. Hazırda tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Back to Top