RAMİZ RÖVŞƏN. SOĞAN SOYA-SOYA AĞLAYAN QADIN

Ramiz Rövşən. SOĞAN SOYA-SOYA AĞLAYAN QADIN Səsləndirir: Adilə Abdullayeva Ramiz Rovsen/ SOGAN SOYA-SOYA AGLAYAN QADIN Soğan soya-soya ağlayan qadın, Ömrün soğan kimi acıdı, acı! Mələksən, qırılıb qolun-qanadın, Dərdi verən Allah, vermir əlacı... Gözündən süzülən yaşı kim silər? “Göz yaşı“, dediyin nədi? Acı su... Bir şirin öpüşlə başlar sevgilər, Sonunda həmişə soğan acısı...
Back to Top