Bakı ilk dəfə işarə etdi: Xankəndiyə kim gəlir?

Şuşa yolunda aksiya 74 gündür davam edir və artıq bir müddətdir ki, bu təşəbbüsün Azərbaycana qarşı beynəlxalq təzyiqə səbəb olduğu haqda sosial şəbəkələrin Azərbaycan seqmentində bəzi bloger və müxaliflərin səsi daha gur eşidilməyə başlayıb. Əsas ittiham istiqamətləri budur: əgər “rus layihəsi” Vardanyan və yaxud digər separatçı-terrorçular istədiyi vaxt Xankəndidən çıxıb, geri qayıdırlarsa; əgər bu aksiya Azərbaycana qarşı ayrı-ayrı dövlətlərin çağırışlarına səbəb olursa; əgər Azərbaycandan “blokada”nın götürülməsi tələb edilirsə... – onda bu aksiya ölkəmizə ancaq ziyan vurub, onun beynəlxalq imicini korlayıb və s. və i.a. Getdikcə bu təbliğata inananların da sayı artır – artıq vaxtaşırı olaraq “daha o insanlar şaxtada niyə orda durublar” kimi ittihamlar səslənir. Bəs, həqiqət nədir?
Back to Top