Qəm pəncərəsi — 1986-cı ildə Anarın yazıçı Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı “Danabaş kəndinin əhvalatları“ və 1921-ci ildə yazdığı “Danabaş kəndinin müəllimi“ əsərləri əsasında yazdığı ssenariyə uyğun olaraq çəkilmiş Azərbaycan sovet filmi. Filmin rejissoru da Anardır. Filmdə Həsən Turabov Cəlil Məmmədquluzadənin qocalıq dövrünü, Elmira Şabanova isə onun həyat yoldaşı Həmidə Məmmədquluzadəni canlandırır.
Filmdə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin uşaqlıq dövrü ilə bağlı hadisələr öz əksini tapmışdır.
Rollarda:
Həsənağa Turabov — Cəlil Məmmədquluzadə; Cəlilin atası
Elmira Şabanova — Həmidə
İlham Səfərov — Cəlil (uşaq)
Ruslan Nəsirov — Əhməd
Həsən Məmmədov — Məmmədhəsən
Şükufə Yusupova — İzzət
Vaqif İbrahimoğlu — Xudayar bəy
Leyla Şıxlinskaya — Zeynəb
Zərnigar Ağakişiyeva — Şərəf
Fəxrəddin Manafov — İsgəndər
Məmməd Bürcəliyev — Rəşid bəy
Mərahim Fərzəlibəyov — Müəllim Həsənov
Nəsibə Zeynalova — Səkinə
Sona Mikayılova — Cəlilin anası
Natiq Abdullayev — Vəliqulu