Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib

Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib Cari ilin döyüş hazırlığı planına əsasən, Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş mövqelərinin tutulması və texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqları yerinə yetiriblər. Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr “Smerç“ reaktiv yaylım atəşi sistemi və “DANA“ özüyeriyən haubitsalardan nümunəvi döyüş atışları icra ediblər. Şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, eləcə də şəxsi heyətin səhra vərdişlərinin və praktiki vərdişlərinin artırılmasına yönəlib. ____ В ракетно-артиллерийских войсках проведены учения с боевой стрельбой В соответствии с планом боевой подготовки на текущий год, с подразделениями ракетно-артиллерийских войск были проведены тактические учения с боевой стрельбой. Согласно плану подразделения были выведены из пунктов постоянной дислокации в районы сосредоточения и выполнили задачи по развертыванию, занятию огневых позиций и приведению техники в состояние боевой готовности. В учениях, проведенных в соответствии с условиями реального боя, подразделения выполнили показательные боевые стрельбы из реактивной системы залпового огня «Смерч» и самоходных гаубиц «Дана». Поставленные в ходе учений задачи по уничтожению точным огнем целей условного противника были успешно выполнены. Основное внимание при проведении учений было уделено совершенствованию навыков принятия командным составом оперативных решений, знаний и умений военнослужащих, а также развитию навыков планирования деятельности и взаимодействия с другими видами войск в ходе боевых операций. ____ Rocket and Artillery Troops’ units conduct live-fire tactical exercises In accordance with the combat training plan for the current year, the units of the Rocket and Artillery Troops conducted live-fire tactical exercises. In accordance with the plan, the units were withdrawn from the points of permanent deployment to assembly areas and accomplished tasks on deployment, taking firing positions and bringing equipment into the state of combat readiness. In the exercises conducted in accordance with real combat conditions, the units fulfilled exemplary combat shots from the Smerch rocket launcher system and DANA self-propelled gun howitzers. The tasks set in the exercises, in which imaginary enemy targets were destroyed by direct fire, were successfully accomplished. The main attention during the exercises is paid to improving the command staff’s ability to make fast decisions, knowledge and skills, planning activities during combat operations and developing interoperability with other types of troops, as well as increasing the field and practical skills of servicemen.
Back to Top