Üzeyir Hacıbəyovun dəfni (1948-ci il)

1947-ci ildə şəkərli diabetdən əziyyət çəkən Üzeyir Hacıbəyovun vəziyyəti ağırlaşdı və səhv təyin olunmuş müalicə səbəbindən daha da mürəkkəbləşdi. Moskva şəhərinin Kremlin xəstəxanasında müalicə almağa başladı, daha sonra Mərdəkandakı dövlət sanatoriyasına köçürüldü. 1948-ci il noyabrın 23-də, gecə saat 2 radələrində bəstəkar Bakıda, “Monolit“ binasının dördüncü mərtəbəsindəki mənzilində ürək çatışmazlığından vəfat etdi. Bakıda Birinci Fəxri Xiyabanda dəfn olundu.
Back to Top