Daha 95 erməni hərbçisinin meyiti təhvil verilib - BAKU TV

Daha 95 erməni hərbçisinin meyiti təhvil verilib - BAKU TV Aktual xəbərlərimiz Ermənistan hərbçilərinə aid daha 95 meyit qarşı tərəfə təhvil verilib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12 sentybrdan 14 sentyabradək Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı əks-hücum əməliyyatı nəticəsində zərərsizləşdirilən erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib. Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirərək 95 erməni hərbçisinin meyitinə Hərbi Prokurorluğun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib. Bildirilib ki, Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı humanitar proses davam etdiriləcək. Qeyd edək ki, daha əvvəl Azərbaycan Ermənistanın 32 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Daha 95 erməni hərbçisinin meyiti təhvil verilib #ermeniherbci #95ermeniherbci #dovletkomissiyasi #meyititehvilverildi #bakutv #bakutvnews #xəbərlər #qarabagda
Back to Top