Mehriban - Ata Can 2023 (Official Music Video)

Mehriban - Ata Can 2023 (Official Music Video) Ata səni tac başıma eylərəm Sən olmasan dünyanı neylərəm Canım Atam gözümün nurusan Heç kəsi mən sən qədər sevmərəm Könlüm sənin göz yaşına taqət gətirməz Dünya sənin kimi dayaq qahət gətirməz Qurban olum ki qoymadın çətin günlər görəm Sənin kimi səbir dağı Ata can görmərəm Ata sənin qadan alım dərdin canıma Məhəbbətin sənin Ata qarışıb qanıma Tellərivə qurban olum mənim üçün ağardı Dünya mənim üsdə sənin ömrünü apardı Səni heç kəs ürəkdə ki dərdini bilənməz Kimsə bilə nə qəmlisən daha heç gülənməz Kaş dolanım gecə gündüz Ata can başıva Məlhəm olam kaş ki sənin qəmli göz yaşıva Adın əzbər sənin Ata hər zaman dilimdə Ömrü sənə pay edərdim olsaydı əlimdə Yaşam eşqim sən aldığım nəfəsim canımsan Əziz Atam nə yaxşı ki dünyada varımsan =============================== Söz: Elçin Qəmbərov & Sepanta Musiqi,vocall: Mohammad Farşbafi @farshbafimusic_violin Aranjiman: Ismayil Elizade Rejissor – Xeyal Murtuzov Menecer: Elvin 994 55 209 09 80 PR Manager: @mamedbp İnformasıya dəstəyi: @SamiIsmayilli Mehriban - nın ifa etdiyi bütün audio və video məzmunlar “NK Media“ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
Back to Top