Uşaqlığın son gecəsi — kinorejissor Arif Babayevin çəkdiyi bədii film.
Arif Babayevin 1969-ci ildə ekranlara çıxan “Uşaqlığın son gecəsi” Maqsud İbrahimbəyovun eyniadlı hekayəsinin əsasında çəkilib deyilir. Əslində isə ssenarinin həmin hekayə ilə əlaqəsi yoxdur. “Uşaqlığın son gecəsi” hekayəsi Pirşağıda yay tətilini keçirən iki yeniyetmədən bəhs edir.
Filmdə mərkəzi fiqurlar Murad (Ənvər Həsənov) və Rüstəmin (Səyavuş Şəfiyev) hekayəsi danışılır. Məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına qlamur həyat keçirən dəstə ilə toqquşur. Dəyərlər arasında ziddiyyətlər, məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır. Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir, yetkinləşdirir, bərkidir və uşaqlıqlarından daha bir neçə addım ayırır. Əhvalat eyni zamanda hər iki qəhrəmanın ilk sevgisindən bəhs edir. Murad və Rüstəm obrazlarının xarakterindəki əksliklər süjeti daha da dinamikləşdirir, bəzən komik ziddiyyətli situasiyalar yaradır.
Rollarda:
Ənvər Həsənov — Murad[10]
Səyavuş Şəfiyev — Rüstəm
Ətayə Əliyeva — Mənsurə
Törəxanım Zeynalova — nənə
Ələkbər Seyfi — İsmayıl
Xosrov Abdullayev — Məcnun
Tofiq Mirzəyev — Rüfət
Megi Kejeradze — Elya
Qorxmaz Atakişiyev — Zaur
Məmmədsadıq Nuriyev — Davud
İnsaf Məmmədova — Sevda
Yusif Vəliyev — böyük iş icraçısı
Rafiq Tağıyev — sürücü
Məlik Dadaşov — Nağıyev
Muxtar Maniyev — Tahir
Hökümə Qasımova — Davudun arvadı
V.Şeyman
Səməndər Rzayev — milis işçisi
Əbdül Mahmudov — milis işçisi
şiyev
A.Məmmədov
Dadaş Kazımov — çəkməçi Əhməd
Yusif Yulduz — kombinat işçisi
Nadir Əsgərov — məhəllə sakini
Rafiq Əzimov — fəhlə