Suqovuşana bayraq sancan qəhrəman İlkin Fərzəliyev - BAKU TV

Suqovuşana bayraq sancan qəhrəman İlkin Fərzəliyev - BAKU TV Aktual xəbərlərimiz Qədim adı Suqovuşan olan, Sovet hakimiyyəti illərində Madagiz adlandırılan bu kənd Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir. Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprelində yenidən Ermənistanın nəzarətinə keçib. Lakin 2020-ci ilin oktyabrın 3-də müzəffər ordumuz Suqovuşanı erməni işğalçılarından təmizləyib. Həmin döyüşdə qəhrəmanlıq göstərənlərdən biri də Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi İlkin Fərzəliyev olub. Üçrəngli bayrağımızı Suqovuşana sancan fəxrimiz o anları belə xatırlayır: “Neçə gün ac-susuz yol gəlmişdik. Şəhid vermişik, yaralılarımız var idi. Həm psixoloji, həm də fiziki cəhətdən çətin idi. Ermənilərin başımızın üstündə olduğunu bilirdik. Üstümdə bayraq var idi. Dirəkdə öz bayrağımızı qaldırdıq. Özümü çox xoşbəxt hiss edirdim”. Qeyd edək ki, Fərzəliyevlər ailəsində İlkinin qardaşı da mənfur düşmənə qarşı şücaət göstərib və ağır yaralanıb. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz Suqovuşana bayraq sancan qəhrəman İlkin Fərzəliyev © 2022 © All Rights Reserved ℗ Baku TV #suqovusan #qehreman #qarabag
Back to Top