Məmməd Araz “Bu millətə nə verdik ki?“ Fuad Poladov səsi ilə

BU MİLLƏTƏ NƏ VERDİK Kİ? Bu millətə nə verdik ki? Kimsə qapdı ziyasını, Kimsə pozdu sırasını, Duzla yuduq yarasını, Xörəyinə duz vermədik. Bu millətə nə verdik ki? İnamını noxtaladıq, İnadını axtaladıq, Var-yoxunu qarmaladıq, Bir çeynəm saqqız vermədik. Bu millətə nə verdik ki? Halal tikə qənddi, - dedik, Yoxsuluna dərdli, - dedik, Kasıbına mərddi, - dedik, Mərd kasıba qız vermədik. Bu millətə nə verdik ki? Çiyninə mindik, - öyrəşdi, Bir dillə min dil öyrətdik, Neçə fəndi-fel öyrətdik, Milyon aldıq, yüz vermədik. Bu millətə nə verdik ki? Biz səhv etdik, batdı qana Millət ata, millət ana, İllacı qalsın bir yana, Dərdi də ucuz vermədik. Bu millətə nə verdik ki? Bu millətin səbri böyük, Dözür: dözüm həddinəcən, Dözür: dözüm səddinəcən, Dözür: dözüm xəttinəcən... Sonra... daha sonra olmur, Sonra qara tufan olur, Sonra “qullar dünyasının İntiqamı yaman olur“...
Back to Top