Muxtarnam - 13. Blm

Zülm və haqsızlıq qarşısında səssiz qalmayan Muxtarın zalimlərə qarşı verdiyi mücadilənin hekayəsi görüntüyə alınmışdır. Rejissor və prodüsserliyini Davud Mirbağırinin etdiyi “Muxtarnamə“ teleserialı uzunmüddətli əməyin məhsuludur. İran Radio və Televiziya qurumunun “Sima Film“-ə çəktirdiyi bu serial, İmam Hüseynin qatillərindən qisas almağa çalışan Muxtar Səqəfinin həyat hekayəsini və Əməvilərə qarşı qiyamını özündə əks etdirir. 45 bölümdən ibarət olan bu serialın hər seriası 50-55 dəqiqədir. Teleserialın çəkilişləri 2 il davam etmiş və büdcəsi 20 milyon ABŞ dolları təşkil edir. Serialda 100 baş və 400 köməkçi aktyorlar iştirak etmişdir. Serial yayınlanmağa başlaması ilə xüsusən Ərəb ölkələrində çox bəyənilib və çox sayda izləyici toplamağı bacarmışdır. Serialın beynəlxalq aləmdəki adı “Mokhtar nameh“-dır. Serialın hazırlanması 2010-2011-ci illərdə başa çatmışdır. Rejissor və prodüsseri Davud Mirbağıri, görüntü rejissoru Azim Cavanruh, aktyorlar Fəribürz Arabnia, Rza Ruyqari və Amin Zənəqanidir. Rollarda: Fəriburz Arabnia - Muxtar Səqəfi Farhad Aslani - Ubeydullah ibn Ziyad Mehdi Faximzadə - Ömər ibn Səd Rza Royqari - Kiyan Amin Zəndəqani - Müslim ibn Əqil
Back to Top