Şövkət Ələkbərova və Xan Şuşinski — Yaylığım (Rəsmi Audio)

Şövkət Ələkbərovanın “İfalar, Vol.1” albomundan Xan Şuşinskinin iştirakıyla “Yaylığım“ mahnısı artıq onlayndır. Şövkət Ələkbərovaya YouTube-da abunə ol: Musiqi və söz: Xalq Mahnısı Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə: Keçid: Genius: Sözlər: [Bənd 1: Şövkət Ələkbərova] Anamdan bir yaylıq aldım Heç bilmirəm harada saldım Səndədirsə, ver yaylığı Yaylıq salar, ay balam, ayrılığı Yar, yarcan, gözəl oğlan, ver yaylığı Yaylıq salar ayrılığı, yar, yarcan Gözəl oğlan, ver yaylığı [Bənd 2: Xan Şuşinski] Yaylığını tanı, ay qız Məndə yaylıq hanı, ay qız? Kim dedi yaylıq məndədir? Bəlkə qalıb, çəməndədir, yar, yarcan? Gəl axtar, tap yaylığını Bəlkə qalıb, çəməndədir, yar, yarcan? Gəl axtar, tap yaylığını [Bənd 3: Şövkət Ələkbərova] Ay kələkbaz oğlan, oğlan İnciyərəm səndən, inan Gəlməsə yaylıq qarşıma Xəbər verrəm qardaşıma, yar, yarcan Gözəl oğlan, ver yaylığı Xəbər verrəm qardaşıma, yar, yarcan Gözəl oğlan, ver yaylığı [Bənd 4: Xan Şuşinski] Qurban olum göz-qaşına Gedib demə qardaşına Sevgilinəm, gəl incimə Yaylıq məndədir, gözəl yar, yarcan Al, sevgilim, al yaylığı Yaylıq məndədir, gözəl yar, yarcan Al, sevgilim, al yaylığı Şövkət Ələkbərova tərəfindən ifa olunan “Yaylığım” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022 Etiketlər: #ŞövkətƏləkbərova #Yaylığım #mikpro
Back to Top