Şuşa və Ağdam doğma sakinlərini qarşılayır - BAKU TV

Şuşa və Ağdam doğma sakinlərini qarşılayır - BAKU TV Bu gün Şuşa və Ağdam sakinləri üçün sevincli və həyəcanlı gündür. Yanvarın 24-dən etibarən işğaldan azad olunan ərazilərə müntəzəm avtobus reyslərinə başlanılıb. Reyslər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları ilə yerinə yetirilir. Qeyd edək ki, “Yolumuz Qarabağa” layihəsi çərçivəsində səfərlər ilk olaraq Ağdam və Şuşaya nəzərdə tutulub. Daha sonra işğaldan azad olunan digər bölgələrə də səfərlərin həyata keçirilməsi planlaşdırılıb. Pulsuz Elanlar: Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021-ci ildə NETTY tərəfindən ilin İnternet və YouTube xəbər kanalı seçilib. Baku TV -nin əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri Azərbaycan və rus dillərində cəmiyyətə çatdırmaqdır. Twitter:
Back to Top