Şövkət Ələkbərova — Dərələr (Rəsmi Audio)

Şövkət Ələkbərovanın “İfalar, Vol.5” albomundan “Dərələr“ ifası artıq onlayndır. Şövkət Ələkbərovaya YouTube-da abunə ol: Musiqi: Emin Sabitoğlu Söz: Nəbi Xəzri Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə: Keçid: Genius: Sözlər: [Bənd 1] Çinarlar qatar-qatar Qalxıb zirvəyə çatar Dağa qısılıb yatar Mışıl-mışıl dərələr Dərələr, dərələr, dərələr Yaşıl-yaşıl dərələr [Bənd 2] Sizlərə vurğunam mən Bəzəyiniz şəfəqdən Günəş çıxar üfüqdən Ovuc-ovuc zər ələr Dərələr, dərələr, dərələr Ovuc-ovuc zər ələr [Keçid] Quş kimi üstünüzdən qanad çalım, dərələr Şamlıqda bir axşamlıq qonaq qalım, dərələr Dərələr, dərələr, dərələr Qonaq qalım, dərələr Dərələr, dərələr, dərələr Qonaq qalım, dərələr, yar [Muğam] Əgər ki, əgər ki, yıxılsam, çinar göstərin Mən ona söykənib arana baxım Gözlərim görməsə, Göygölü verin Mən onun gözü ilə cahana baxım Hər yerdə, həmişə sənsən gümanım Canım-gözüm, mənim Azərbaycanım Sən günəş, mən isə bir zərrə kimi Diri ikən oğlunam, ölsəm torpağın Sən ki, döyündürdün mənim qəlbimi Sən uca çinarsan, mən isə yarpağın Mənəm sənin özün, eşqim, canım Sənsən özüm mənim, Azərbaycanım [Bənd 3] Sizlərdən yollar keçər, siz yaxşı ki varsınız Zirvələrə açılan geniş qapılarsınız Dərələr, dərələr, dərələr Yaşıl-yaşıl dərələr Dərələr, dərələr, dərələr Yaşıl-yaşıl dərələr Dərələr, dərələr, ay dərələr Yaşıl-yaşıl dərələr... Şövkət Ələkbərova tərəfindən ifa olunan “Dərələr” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2022 Etiketlər: #ŞövkətƏləkbərova #Dərələr #mikpro
Back to Top