“Türk və erməni xalqları bir yerdə olsun“ - Ermənistanda Türkiyə ilə yaxınlaşmağa necə baxırlar?

İndiki Ermənistan dövləti 1991-ci ildə - SSRİ dağılanda yaranıb, Türkiyə bu ölkəni ilk tanıyan dövlətlərdən olub. Birinci Qarabağ müharibəsindən sonra - 1993-cü ildə Ankara Ermənistanla sərhədləri bağlayıb, birbaşa ticarəti dayandırıb. 2008-ci ildə İsveçrənin vasitəçilik etdiyi normallaşma səylərində xeyli irəliləyiş əldə edilsə də, proses nəticəsiz qalıb. Budəfəki prosesdə biri avtomobil yolu, digəri dəmir yolu olmaqla, iki sərhəd qapısının açılıb-açılmayacağı maraq doğurur. Sərhəddə yerləşən, Yerevandan sonra Ermənistanın ən önəmli şəhəri olan Gümrüyə gedirik. 1920-ci ildə Türkiyə-Ermənistan müharibəsinə son qoymuş Gümrü müqaviləsi burada imzalanıb. Şəhər Qarsın Akyaka rayonunun tam qarşısında yerləşir. Gümrüylə Türkiyə arasında hazırda bağlı olan Akyaka Dəmiryolu Sərhəd Qapısı var. Sərhədlər açılsa, bu yeniliyin ilk təsir etdiyi yerlərdən biri Gümrü olacaq. BBC News Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın: Facebook: Twitter: Instagram: WhatsApp-da “BBC“ yaz göndər, xəbərlər telefonuna gəlsin: 44 7548 711235 Youtube səhifəmizdə olan digər videoları da izləyin. Azərbaycan da bu gün Qarabağ münaqişəsi Dünyada bugün Bölgələrdən Qadınlar, sizin üçün 1 dəqiqəlik videolar Müsahibələr – Sizin səsiniz Azərbaycanlılar Britaniyada Niyə, nə üçün - izahedici videolar Gənclər sizin üçün Sosial problemlər Dünya xəbərləri bülleteni Mənim Şəhərim Birinci Dünya Müharibəsi: Səngərlərdən Kənarda Sizin Sözlərinizlə Britaniyada tələbə olan azərbaycanlılar
Back to Top