Ziyad Novruzoglu - Perisan - Perisan ( Sazda ifa / Qasımov İsmixan )
PƏRİŞAN-PƏRİŞAN
Sözlər: ZİYAD NOVRUZOĞLU
Sazda ifa: QASIMOV İSMİXAN
______
PƏRİŞAN-PƏRİŞAN
Bir aşiq dolanır bağı,
Gəzir pərişan-pərişan.
Ehtiyatla solu-sağı,
Süzür pərişan-pərişan.
Bir gözəl çıxıb bəxtinə,
Görüşü düşüb çətinə
Cavabsız məhəbbətinə,
Dözür pərişan-pərişan.